Qorxma, mən səninləyəm! 1919 (film, 2013)

Qorxma, mən səninləyəm! 19191981-ci ildə çəkilmiş "Qorxma, mən səninləyəm" filminin ikinci hissəsi. Filmin ssenari müəllifi və rejissoru Yuli Qusmandır.[1]

Qorxma, mən səninləyəm! 1919
rus. Не бойся, я с тобой! 1919
Janrmacəra filmi, komediya filmi
RejissorYuli Qusman
Prodüser
Ssenari müəllifiYuli Qusman
Baş rollarda
Operator
  • Vadim Alisov[d]
İstehsalçılarAzərbaycanfilm
İlk baxış tarixi2011
Müddət110 dəq.
Ölkələr
Dillərrus dili, Azərbaycan dili
İl2013
Əvvəlki filmQorxma, mən səninləyəm (film, 1981)
IMDbID4259404

Məzmun

redaktə

Film Azərbaycan xalqının necə qəhrəman, şən, musiqisevər, xoşbəxt bir xalq olduğunu göstərir.[2]

Filmdə təhlükəli sərgüzəştlərlə yanaşı, iki gənc qəhrəmanın məhəbbəti də öz əksini tapmışdır. "Romeo və Cülyetta"da olduğu kimi, onlar da iki düşmən tərəfin övladlarıdır.[2]

Ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradır.[2]

Film haqqında

redaktə
  • Film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalıdır.[2]
  • Filmin ssenari müəllifi və rejissoru Yuli Qusmandır.
  • operatoru Vadim Alisov
  • quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov
  • prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Filmdə, həmçinin tanınmış rusiyalı aktyorlar Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də azərbaycanlı aktyorlar Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov və başqaları çəkilmişlər.[2]

Təqdimatı

redaktə

Festivallar və mükafatlar

redaktə
  • XIV Komediya filmləri festivalı — 2013. Rusiya, Tula şəhəri.[4]

Çəkilişə kömək edənlər

redaktə

İstinadlar

redaktə
  1. Azəri, L. “Qorxma, mən səninləyəm!”: 32 il sonra: [Heydər Əliyev Sarayında Xalq artisti rejissor Yuli Qusmanın quruluşunda hazırlanan eyniadlı filmin təqdimatı keçirildi] //Mədəniyyət.- 2013.- 20 noyabr.- S. 7.
  2. 1 2 3 4 5 6 AzərTAc. "Yuli Qusmanın «Qorxma, mən səninləyəm! 1919» filminin təqdimat mərasimi olmuşdur". anl.az (az.). "Azərbaycan" qəzeti. 16 noyabr 2013. 2018-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
  3. Yuli Qusmanın “Qorxma, mən səninləyəm! 1919” filminin təqdimat mərasimi olmuşdur: Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etmişdir: [Heydər Əliyev Sarayında] //Azərbaycan.- 2013.- 16 noyabr.- S.4.
  4. “Qorxma, mən səninləyəm! 1919” filmi mükafata layiq görülüb: [Rusiyanın Tula şəhərində keçirilən XIV komediya filmləri festivalında quruluşçu rejissor, həmvətənimiz Yuli Qusman və filmin bəstəkarı Polad Bülbüloğluna diplom təqdim edilib] //Mədəniyyət.- 2013.- 25 dekabr.- S. 3.

Mənbə

redaktə
  • Rafiqqızı, N. “Qorxma, mən səninləyəm-2”: “Filmin çəkilişləri noyabrın əvvəllərində bitəcək”: [quruluşçu rejissoru хalq artisti Yuli Qusman olan eyni adlı filmlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Müşfiq Hətəmovun dedikləri] //Olaylar.- 2011.- 3 noyabr.- S.11.

Xarici keçid

redaktə

Filmi izlə