Qəhrəman şəhər

Qəhrəman şəhər (rus. город-герой; ukr. місто-герой; belar. горад-герой) — Müharibələr zamanı müstəsna xidmət göstərmiş şəhərlərə verilən fəxri ad. Qəhrəman şəhər titulu əsasən SSRİ tərkibində olan şəhərlərə verilmişdir. II Dünya müharibəsi dönəmində Üçüncü Reyxə qarşı aparılan hərbi əməliyyatlarda fərqlənmiş 12 şəhər və 1 qala bu titula layiq görülmüşdür. Qəhrəman şəhər titulu işğal olunmuş və sonrakı əməliyyatlarda geri qaytarılmış şəhərlərə verilirdi. Titul şəxslərə verilmiş Sovet İttifaqı Qəhrəmanı titulunun şəhərlərə verilən forması kimi də qəbul edilmişdir.

Qəhrəman şəhərlər SSRİ-nin Avropa hissəsinin xəritəsində

Nizamnaməyə əsasən qəhrəman elan edilən şəhərə Lenin ordeni ilə yanaşı Yüksək Sovet Prezidyumu təqdim edilirdi. Titula layiq görülmüş şəhərin mərkəzi meydanlarının birində Qəhramənlıq heykəli inşa edilməli idi. II Dünya müharibəsindən sonra SSRİ-nin Leninqrad, Odessa, Sevastopol, Stalinqrad, Kiyev, Kerç, Moskva, Novorossiysk, Minsk, Tula, Murmansk, Smolensk şəhərləri və Brest qalası qəhrəman şəhər elan edilmişdir.

Tarixi redaktə

Qəhrəman şəhər termini ilk dəfə II Dünya müharibəsi zamanı Şərq cəbhəsində Barbarossa əməliyyatı ilə Üçüncü Reyxin hücumlarına məruz qalan SSRİ mətbuatı tərəfindən işlədilmişdir. Pravda qəzetinin 1942-ci ildə nəşr edilən sayında nasistlərə qarşı aparılan mübarizədə sovet şəhərlərinin qəhrəmanlığından söhbət açılır. Rəsmi yazışmalarda isə ilk dəfə olaraq 1945-ci ilin 1 may tarixində İosif Stalin tərəfindən imzalanan 20 nömrəli əmrdə qəhrəman şəhər sözündən istifadə edilir.

İmzalanan əmrdə Leninqrad, Odessa, SevastopolStalinqrad şəhərləri üçün top atışının həyata keçirilməsi tələb olunur. İlk qəhrəman şəhər titulu hal-hazırda Sankt-Peterburq olaraq adlandırılan Leninqrad şəhərinə verilmişdir. Şəhərlərin fəxri ada layiq görülməsi ardıcılığı isə aşağıdakı kimidir.

ÖlkəQəhrəman şəhərElan edilmə tarixi
1 RusiyaLeninqrad (Sankt-Peterburq)8 may - 1965
2 UkraynaOdessa8 may - 1965
3 UkraynaSevastopol8 may - 1965
4 RusiyaStalinqrad (Volqoqrad)8 may - 1965
5 UkraynaKiev8 may - 1965
6 BelarusBrest qalası (Qəhrəman qala)8 may - 1965
7 RusiyaMoskva8 may - 1965
8 UkraynaKerç14 sentyabr - 1973
9 RusiyaNovorossiysk14 iyun - 1973
10 BelarusMinsk26 iyun - 1974
11 RusiyaTula7 dekabr - 1976
12 RusiyaMurmansk6 may - 1985
13 RusiyaSmolensk6 may - 1985

Qalereya redaktə

Digər ölkələrdə olan bənzər titullar redaktə