Makarov PM

Makarov PM — 1948-ci ildə sovet konstruktoru Nikolay Makarov tərəfindən hazırlanmış özüdolan tapançadır. 1951-ci ildə istifadəyə verilmişdir. Sovet Silahlı Qüvvələrində və hüquq-mühafizə orqanlarında, müdafiə olunmaq üçün polisin şəxsi tabel silahı olub, düşməni yaxın məsafədən dəf etmək üçündür. Tapançadan atəş tək — tək açılır. Atəş açmaq üçün diametri 9mm olan adi və polad ürəkcikli gülləli patronlardan istfadə edilir.

Makarov PM
Makarov PM (1977)Makarov PM (1977)
Tipiözüdolan tapança
Ölkə
İstismar tarixçəsi
İstismar illəri1951 – indiyədək
İstismara başlanması1951
İstismar edənlərAzərbaycan, Əfqanıstan, Çin, Rusiya, Ukrayna
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
KonstruktorNikolay Makarov
(ing. Nikolay Makarov)
Konstruksiya tarixi1949
İstehsalçıIzhevsk Mechanical Plant
İstehsal illəri1951 – indiyədək
Xüsusiyyətləri
AğırlığıAğırlığı — 730q
Məsafə50 m
Uzunluğu161,5
Lülənin uzunluğu93,5
Eni29,4
Hündürlüyü126
Kalibr9
Effektiv məsafə50 m
Nişangahçıxarıla bilən, açıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tapançada alman konstruksiyasından alınmış bir neçə yenilik var idi. Makarov xüsusilə atış vaxtı ləngimələri praktik olaraq tamamilə aradan qaldırmağı bacardı.

PM 1991-ci ildə SSRİ-nin dağılmasından sonra silahlı və təhlükəsizlik qüvvələrinin öhtəliyində qaldı. PM həmçinin öz sadəlik və etibarlılığının sayəsində keçmiş sosializm düşərgəsinin ölkələrində istifadə olunmağa davam edir. Hal-hazırda PM-in Rusiyada, BolqarıstandaÇində modifikasiya olunmuş versiyaları istehsal olunur.

ABŞ-də vətəndaş atıcı silah bazarında hər şeydən əvvəl müəyyən tələbatdan və yaxşı reputasiyadan özünümüdafiə silahı kimi tamamilə münasib etibarlılıq, kiçik qabaritləri və ucuzluğu ilə seçilən silahları istifadə edir. ABŞ-də silah həvəskarları arasında ən böyük tələbat daha yüksək emal keyfiyyətinə və istehsal materiallarına görə Almaniya Demokratik Respublikasının istehsalı olan Makarov tapançalarınadır.

Xarici keçidlər redaktə