Məhəmməd Əmin Rəsulzadənin heykəli (Novxanı)
Məhəmməd Əmin Rəsulzadənin heykəli — Novxanı qəsəbəsində, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə ucaldılmış heykəl. Heykəl 1993-cü ildə heykəltaraş Cavanşir Dadaşov tərəfindən qranitdən hazırlanmışdır.
Məhəmməd Əmin Rəsulzadənin heykəli (Novxanı) | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı, Novxanı qəsəbəsi |
Memarlıq üslubu | monumental heykəltaraşlıq |
Heykəltaraş | Cavanşir Dadaşov |
Material | Qranit |
İdeya redaktə
Heykəlin heykəltaraşı Cavanşir Dadaşov heykəli yaratması fikri və prosesi barədə Azadlıq radiosunun İz verilişinə belə demişdir:
Bir dəfə böyük şairimiz Bəxtiyar Vahabzadəni və Şirməmməd Hüseynovu Novxanıda gördüm. Onlar M.Ə. Rəsulzadənin atası Axund Molla Ələkbərin məzarını ziyarətə gəlmişdilər. Onlarla görüşdüm və çay süfrəsinə oturduq. Xeyli söhbət elədik. Mən onlardan M.Ə. Rəsulzadə haqqında geniş məlumat aldım və abidəni yaratmaq ideyası da həmin gün yarandı. |
Cavanşir Dadaşov 1990-cı ildə abidənin eskizləri üzərində işləyib:
Bir neçə variantda hazırladım. 1991-ci ildə isə artıq abidənin üzərində işləməyə başladım. Vəsaiti Bakı Kəndlər Birliyi və Novxanı camaatı topladı. Beləliklə, Ukraynadan gəlmiş qranitdən Rəsulzadənin abidəsini yaratdım. 1993-cü ildə abidənin açılışı oldu. |
Mənbə redaktə
- Sevda İsmayıllı. "Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb". azadliq.org. 2014-01-29. İstifadə tarixi: 2014-01-29.
İstinadlar redaktə
Həmçinin bax redaktə
🔥 Top keywords: Müstəqillik Günü (Azərbaycan)Ana səhifəMəhəmməd Əmin RəsulzadəAzərbaycan Xalq CümhuriyyətiTeymurilərin Azərbaycana yürüşləriMüstəqilliyin Bərpası Günü (Azərbaycan)AzərbaycanXüsusi:AxtarDadaş RzayevƏmir TeymurHeydər ƏliyevQədim yunan mifologiyasıVikipediya:Viki Yeri Sevir 2024DinozavrlarXüsusi:SonDəyişikliklərAzərbaycan bayrağıBir kərə yüksələn bayraq bir daha enməzAzərbaycanın dövlət bayramları və xüsusi günləriİkinci Qarabağ müharibəsiŞuşaAzərbaycan əlifbasıUşaqların Beynəlxalq Müdafiəsi Günüİlham ƏliyevXitabAzərbaycanın İstiqlal BəyannaməsiQurban SəidHacı Zeynalabdin TağıyevRobotKompüterAzərbaycan himniBağlayıcıTalıb TaleFətəli xan XoyskiBakıAlternativ enerjiKateqoriya:Kişi adlarıDivanü Lüğat-it-Türkİslamda oral seksCavanşir