Məhəllə 3

(Məhəllə 3 (film, 2019) səhifəsindən istiqamətləndirilmişdir)

Məhəllə 3 — Məhəllə film seriyasının 3-cü buraxılışı. 15 il sonra ekranlara qayıdan filmin prodüserləri bu dəfə də TahirCabir İmanov qardaşlarıdır. Qala gecəsində filmdə rol alan tanınmış aktyorlar — Bəhram Bağırzadə, Dilarə Əliyeva, xalq artistləri Hacı İsmayılov, Nübar Novruzova və digər aktyorlar iştirak ediblər. Qala gecəsində çıxış edən aktyor heyəti “Məhəllə” film seriyasının davamının olacağını da bildiriblər.[1]

Məhəllə 3
Janrkomediya
macəra
RejissorSülü Çöl-Qalalı
Ssenari müəllifləriTahir İmanov
Müşfiq Abbasov
Məmməd Kazımov
Baş rollardaTahir İmanov
Cabir İmanov
Dilarə Əliyeva
Bəhram Bağırzadə
Hacı İsmayılov
Nübar Novruzova
OperatorLaçın Allahverdiyev
BəstəkarAytən İsmixanova
RəssamP.P.B.S.
İstehsalçıPlanet Parni iz Baku Studiya(Süleyman Ələsgərov adına yaradıcılıq birliyi)
İlk baxış tarixi3 mart 2019
Filmin növütammetrajlı bədii film
Müddət96 dəqiqə
ÖlkələrAzərbaycan Azərbaycan
Dilazərbaycanca
İl2019
Əvvəlki filmMəhəllə 2 Moskvada
RəngRəngli

Məzmun

redaktə

Filmdə hadisələr kriminal xarakterli zəngin iş adamlarından birinə məxsus, XV əsrə aid, iki milyon manat qiyməti olan xalçanın oğurlanması ilə başlayır. Eliş və Roşkanın təsadüfən xalçanı tapması isə süjet xəttinin böyüməsinə gətirib çıxarır.[2] Məhəlləni sökmək və yerində göydələn inşa etmək istəyən tikinti şirkətinin nümayəndəsi ilə məhəllə sakinləri arasında gedən mübarizə isə günümüzdə olan real hadisələri əks etdirib.[1]

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər

redaktə
Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov
Quruluşçu rejissor: Sülü Çöl-Qalalı
Quruluşçu operator: Laçın Allahverdiyev
Quruluşçu rəssam: P.P.B.S.
Bəstəkar: Aytən İsmixanova
Səs rejissoru: Teymur Abdullayev, Emin Nəsirli, Vilayət Qəhrəmanzadə
Aranjman: Ənvər Sadıqov, Eldar Məmmədov, Aytən İsmixanova
Geyim rəssamı: Nataliya Radina
Qrim rəssamı: İlqar Cəfərov
Rejissor: İlham Qasımov
Operator: Samir Əhmədov
Montaj edən: Mahir Rəhimov
Kompüter qrafikası: Ənvər Sultan
Aktyor seçimi: Sergey Perevozkin
Əlbəsə: Qriqori Şevçenko
Rels telejka: Sergey Bəxtiyarov, İqor Yakimoviç
Kran: Aleksandr Sinelşikov, Sergey Munşin
İşıq ustası: Andrey Slepnyov
İşıqçı: Aleksey Fyodorov, Xəqani Abdullayev
Fəhlə: Denis Stepanenko, Yevgeni Çevordayev
Sürücü: İqor Fadeyev
Ofis: Nizami Həsənov, Oleq Məmmədov
Mahnıları ifa edən: Abbas Bağırov, "Lazurnı Bereq" qrupu
Balaban: Şirzad Fətəliyev(Şirzad kimi)
Tar: Elçin Həşimov
Reklam kampaniyasının rəhbəri: Müşfiq Hətəmov
İnzibatçı: Yekaterina Naqayçeva, Yekaterina Kraveç, Viktor Çunyayev
İcraçı prodüser: Aleksey Pidruçnı, Mixail Sokolov
Yönəldici prodüser: Fərid Ələsgərov, Saleh Abdullayev
Filmin direktoru: Azər Quliyev, Mixail Merkulov
Prodüser: Tahir İmanov

Rollarda

redaktə
Tahir İmanov — Elşən
Cabir İmanov — Rövşən
Dilarə Əliyeva — Məhəbbət
Bəhram Bağırzadə
Hacı İsmayılov — rəis
Nübar Novruzova
Ələkbər Əliyev
Emil Musayev
Azər Məmmədzadə
Sona Babayeva
Şahin Nəsirov
Qədir İsmayılov
Həsən ƏliHüseyn Əli
Fərid Zeynalov
Alsu Kəsəmənskaya
Sənan Kəsəmanski
Safiyyə İman
Cahangir İman
Məryəm Əli

İstinadlar

redaktə
  1. 1 2 "Məhəllə 3" təqdim olundu Arxivləşdirilib 2020-10-25 at the Wayback Machine. Oxu.az. İstifadə tarixi: 28 aprel, 2019
  2. Azərbaycan filmi "Məhəllə 3". Arxivləşdirilib 2019-04-28 at the Wayback Machine Azfilmacademy. İstifadə tarixi: 28 aprel, 2019

Həmçinin bax

redaktə