Həyat ağacı (film, 2011)

Həyat ağacı (ing. The Tree of Life) — Terrens Malikin rejissorluğu ilə 2011-ci ildə çəkilmiş ABŞ filmi.

Həyat ağacı
ing. The Tree of Life
Janrelmi-fantastika filmi, fentezi filmi[d], dram filmi
Rejissor
Prodüserlər
Ssenari müəllifi
Baş rollarda
Bəstəkar
  • Aleksandr Depla[d]
İstehsalçılarPlan B Entertainment[d]
DistribütorSearchlight Pictures[d], Netflix
İlk baxış tarixi16 may 2011, 16 iyun 2011[1]
Müddət138 dəq.
Büdcə32.000.000 $[2]
Gəlir54.300.000 $[2]
Ölkə
Dilingilis dili
Rəngrəngli
Çəkiliş yeriİslandiya
IMDbID0478304

Məzmun

redaktə

Filmin ideyası Terens Malikin ağlına hələ 70-ci illərin sonunda gəlmişdi. Onda filmin adı da “Həyat ağacı” deyil, “Q” idi. 2006-cı ildə filmin çəkilişlərinə başlandı. Baş rolları Mel Gibson və Kolin Farel canlandıracaqdı. Amma filmin çəkilişi sonradan dayandı. 2007-ci ilin oktyabrında isə filmin yenidən çəkilməsinə qərar verildi. Bu dəfə baş rolları Şon Penn və Hit Ledcer ifa edəcəkdilər. Lakin Hit Ledcerin ölümü onun rolunu Bred Pitə nəsib etdi.

68 yaşlı rejissorun bu filmi 2011-ci ilin Kann kinofestivalında baş mükafatı "Qızıl Palma Budağı"nı qazandı.

Haqqında ətraflı nəsə yazmaq üçün deyil bu film. Bir insanın taleyidir. Onun əmələ gəlməsi, doğuluşu, böyüməsi və tərbiyəsi. Filmdəki hadisələr 11 yaşlı uşağın gözü ilə verilir. Uşaq böyümək ərəfəsində suallara özü cavab axtarır. Valideynlərinin, qonşularının, qardaşlarının sayəsində qayğı, sevgi, “olar”-“olmaz”ları qavrayır. Bu ona o qədər də xoş deyil. Çünki ona xoş olan şeylər “olmazlar”dır, qadağalardır. Bu isə onu qəddar edə bilər.

Terens Malik həyatı boyu cəmi 6 film çəkib. Rejissor bu filmi ilə sanki illərlə hamıdan gizli topladığı duyğular kompozisiyasını, bütün potensialını ortaya qoyub. Mükəmməl bir film ərsəyə gətirib. 138 dəqiqəlik uzun musiqi kimi gələcək bu film sizə. Heç bir gözlənilməz sonluq filan olmadan da bitəcək. Filmin estetikası, fəlsəfəsi, önəmi haqqında uzun-uzadı danışmaq olar. Həqiqətən son illərin ən gözəl filmlərindən biridi. Ən başlıcası film nəinki uşaqlara, yaşından asılı olmayaraq hər bir tamaşaçıya gözəl tərbiyə verə bilər. Ağıllı filmdir.

Rollarda

redaktə

İstinadlar

redaktə