Göyərti küküsü

Göyərti küküsüAzərbaycan mətbəxiTürkiyə mətbəxinə aid qəlyanaltı.

Göyərti qutabı və kükü

Tərkibi

redaktə

6 ədəd yumurta, 60 qr göy soğan, 50 qr keşniş, 50 qr şüyüd, 60 qr – da yağ. Sous kimi bir stəkan xama yaxud qatıq hazırlanır. 2 diş sarımsaq, 2 qr duz.

Hazırlanma qaydası

redaktə

Göyərtilər əvvəlcə suda yaxşıca yuyulur, sonra doğranılaraq qaba tökülür. İçərisinə təmizlənmiş göy soğan da əlavə edilir. Zövqdən asılı olaraq nanə də səpə bilərsiniz. Yağı tavaya tökdükdən sonra isinməsini gözləyin, göyərtini içərisinə tökün. Göyərtinin tam qovrulduğunu gördükdən sonra içərisinə çiy, qarışdırılmış yumurta əlavə edilir. Yeməyin bişdiyini gördükdən sonra onu dörd hissəyə ayırın və çevirib digər tərəfinin qızarmasını gözləyin. Bişdikdən sonra süfrəyə qatıq, xama və sarımsaq əlavə edilmiş qatıqla verilə bilinər.