Elnur Nuriyev

(Elnur Nuriyev (milli qəhrəman) səhifəsindən istiqamətləndirilmişdir)

Elnur Eyvaz oğlu Nuriyev (22 avqust 1975, Cahangirbəyli, Zəngilan rayonu4 oktyabr 1994, Gəncə) — Azərbaycanın Milli Qəhrəmanı, dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.

Elnur Nuriyev
Elnur Eyvaz oğlu Nuriyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriGəncə şəhəri, Azərbaycan
Vəfat səbəbişəhid olmuşdur.
Dəfn yeriKürdəmir Şəhidlər Xiyabanı
Hərbi fəaliyyəti
Rütbəsiçavuş
TəltifləriAzərbaycanın Milli Qəhrəmanı

Həyatı

redaktə

Elnur Nuriyev 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açmışdır.[1] 1982–1992-ci illərdə burada kənd orta məktəbində təhsil almışdır. Elnur 1993-cü ildə Milli Ordu sıralarına çağırılır.

Döyüşlərdə iştirakı

redaktə

Bir müddət təlim keçdikdən sonra Elnur Nuriyev cəbhəyə göndərildi. O, Füzuli rayonunun Kürdmahmudlu, Alxanlı kəndlərində rəşadətlə vuruşmuşdur. Elnur minaaxtaranlar bülüyünə komandir təyin edilmişdi. Tərtər cəbhəsində ermənilər güclü əks hücuma keçərək bir neçə kəndi işğal etmişdilər. Elnur bölüyü ilə həmin əraziyə göndərildi. Qapanlı, Seysulan kəndləri azad edildi buradakı döyüşlərdə Elnur şücaət göstərərək vuruşmuşdu. 1994-cü il 4-5 oktyabr hadisələri zamanı onu Gəncəyə göndərdilər. Dövlət çevirilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı Elnur döyüş tapşırığını yerinə yetirərkən həlak oldu.

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Nuriyev Elnur Eyvaz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Kürdəmir şəhərinun Şəhidlər xiyabanında dəfn edilib.

İstinadlar

redaktə
  1. Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 378. ISBN 978-9952-8032-5-9.

Ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə