Bir, iki, üç

"Bir, iki, üç" (ing. One, two, three) — rejissor Billi Uaylderin filmi.

Bir, iki, üç
ing. One, two, three
Janrkomediya
Əsas mövzuSoyuq müharibə
RejissorBilli Uaylder
ProdüserBilli Uaylder
Ssenari müəllifləriBilli Uaylder
İ.A.L. Daymond
Baş rollardaCeyms Keqni
Horst Buhhols
Pamela Tiffin
OperatorDeniel L. Fepp
BəstəkarAndre Previn
İstehsalçılarMetro-Goldwyn-Mayer
United Artists
The Mirisch Company
Pyramid Productions, A. G.
DistribütorNetflix
İlk baxış tarixi15 dekabr 1961, ABŞ
Filmin növübədii film
Müddət108 dəqiqə[1]
Büdcə3 milyon $[2]
Gəlir4 milyon $[2]
ÖlkələrABŞ ABŞ
Dilləringilis dili
alman dili
rus dili
İl1961
Rəngağ-qara
Çəkiliş yeriBerlin, Almaniya Federativ Respublikası
IMDbID0055256
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

redaktə

Mak Namara "Koka-Kola" şirkətinin yüksək vəzifəli əməkdaşıdır. Şirkətin Qərbi Berlindəki nümayəndəliyinin sədridir. O, bu şirkətin bütün Avropadakı filiallarının rəhbərliyini öz əlinə almaq və Londona köçmək arzusundadır. Mak Namaranın müdiri ondan Berlinə gəlmiş 17 yaşlı qızı Skarletin qayğısına qalmağı xahiş edir. Bu səfəri zamanı, Skarlet heç kimə demədən Şərqi Berlin kommunisti Ottoya ərə gedir. İndi Mak Namara onların nikahını pozmaq üçün əlindən gələni etməlidir. Lakin ortaya Skarletin hamilə olması məsələsi çıxır. Ona görə də indi artıq Mak Namaranın qarşısında Ottonu Şərqi Almaniya həbsxanasından çıxarmaq və ondan kapitalist fikirli adam yaratmaq vəzifəsi durur.

Mükafatlar və nominasiyalar

redaktə

Nominasiyalar

redaktə

1961-ci ilin "Oskar" mükafatı:

redaktə
Ən yaxşı operator işinə görə – Deniel L. Fepp

1961-ci ilin "Qızıl Qlobus" mükafatı:

redaktə
Ən yaxşı komediya filminə görə
Ən yaxşı ikinci plan qadın roluna görə – Pamela Tiffin

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər

redaktə
Ssenari müəllifi : Billi Uaylder, İ.A.L. Daymond
Rejissor : Billi Uaylder
Operator : Deniel L. Fepp
Bəstəkar : Andre Previn
Prodüser : Billi Uaylder

Rollarda

redaktə
Ceyms Keqni – Mak Namara
Horst Buhhols – Otto Lüdviq Piffl
Pamela Tiffin – Skarlet Hazeltin
Arlin Frensis – Fillis Mak Namara
Lilo Pulver – İneqborq
Hovard St. Con – Uendell P. Hazeltin
Hanns Lothar – Mak Namaranın köməkçisi Şlemmer
Leon Askin – Perepetçikov
Ralf Volter – Borodenko
Karl Liffen – Fris
Hubert fon Meyerink – Drost Şattenburq
Lois Bolton – Melani Hazeltin
Piter Kepell – Mişkin
Til Kiue – məruzəçi
Henninq Şlüter – Bauer
Karl Lüdviq Lindt – Zeydlits

Filmi səsləndirənlər

redaktə
Siq Rumen — Drost Şattenburq (Hubert fon Meyerink)

İstinadlar

redaktə
  1. Crowther, Bosley. "Berlin Laughter: One, Two, Three Is at Astor and Fine Arts". The New York Times. NYT Critics' Pick. December 22, 1961. 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-18.
  2. 1 2 Tino Balio, United Artists: The Company That Changed the Film Industry, University of Wisconsin Press, 1987 p. 170

Xarici keçidlər

redaktə