ADıNA günü (film, 2010)

ADıNA günü qısametrajlı sənədli televiziya filmi rejissor Bəhruz Qədirov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film 30 aprel 2009-cu il tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsini araşdırır. Qanlı hadisə zamanı 12 nəfər öldürülmüş, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Filmdə ölənlərin və yaralananların ailə üzvləri, hadisənin şahidləri danışır, qatil Fərda Qədirov barədə faktlar açıqlanır.

ADıNA GÜNÜ
Janrsənədli
qısametrajlı
cinayət
RejissorBəhruz Qədirov
Ssenari müəllifiRəşad Abbasov
OperatorlarPolad Orucov
Elxan Hüseynov
Hikmət Əsgərov
Cəfər Qasımov
İstehsalçıANS televiziyası
İlk baxış tarixi30 aprel, 2010
Filmin digər adıADNA günü
Filmin növüqısametrajlı sənədli televiziya filmi
Müddət51 dəq.
ÖlkələrAzərbaycan Azərbaycan
Dilazərbaycanca
İl2010
Rəngrəngli (ağ-qara kadrlarla)

Məzmun

redaktə

El arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var: duz, xas, adına və s. Bir qismi yaddan çıxıb. Adına ona görə yadda qalıb ki, biz azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də elə bu gündə açırıq. Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4-cü, yəni adına günü oldu. 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq.

Film 30 aprel 2009-cu il tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsini araşdırır. Qanlı hadisə zamanı 12 nəfər öldürülmüş, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Filmdə ölənlərin və yaralananların ailə üzvləri, hadisənin şahidləri danışır, qatil Fərda Qədirov barədə faktlar açıqlanır.[1]

Film haqqında

redaktə
  • Film iki versiyada-2010-cu və 2011-ci illərdə çəkilmişdir. İkinci versiya birincini tamamlayır.

Filmin üzərində işləyənlər

redaktə

Ssenari müəllifi: Rəşad Abbasov
Rejissor: Bəhruz Qədirov
Operator: Polad Orucov, Elxan Hüseynov, Hikmət Əsgərov, Cəfər Qasımov

İstinadlar

redaktə
  1. "Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-14.

Həmçinin bax

redaktə

Azərbaycan filmlərinin siyahısı
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi
2010-cu ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı