Ülfət (qəzet, 1991)

(Ülfət (qəzet) səhifəsindən istiqamətləndirilmişdir)

"Ülfət"Azərbaycan həmkarlar ittifaqlarının rəsmi mətbuat orqanı.

Ülfət
TəsisçiAzərbaycan həmkarlar ittifaqları
Baş redaktorAqil İsax oğlu Dadaşov
Yaranma tarixi1991
DilAzərbaycan dili
ÜnvanBakı şəhəri, Səbail rayonu
ulfet-az.com

Məlumat

redaktə

"Ülfət" qəzetinin ilk sayı 1991-ci ilin may ayında çap olunub. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində sahə nəşrləri arasında ən çox tirajla çıxan qəzet olmuşdur. Həmkarlar ittifaqlarının yenidən formalaşmasında müsbət rol oynamışdır. Xarici ölkələrin və beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının həyatında baş verən yeniliklər qəzet səhifələrində öz əksini tapır. Redaksiya heyəti respublika iqtisadiyyatının, sosial, mədəni proseslərin oxuculara çatdırılmasını da fəaliyyətinin əsas istiqamətlərindən biri sayır.

İşçilərin hüquqi maarifləndirilməsi həmişə qəzetin diqqət mərkəzindədir. Oxuculardan alınan sorğu məktubları hüquqşünaslar və mütəxəssislər tərəfindən cavablandırılıb «Soruşun cavab verək», «Sual-cavab», «Advokat», «Sənin hüquqların» rubrikaları altında dərc edilir. "Ülfət" qəzəti 20 illik fəaliyyəti ərzində oxucularının görüşünə hər dövrün tələblərinə uyğun rubrikalarla gəlmişdir. Qəzetin yazıları əsasən "Cəmiyyət", "Gerçəklik", "Rakurs", "Yaxşılığa doğru", "Gəncliyimiz-gələcəyimiz", "Aktual", "Problem", "Sosial", "İqtisadiyyat", "Gender bərabərliyi", "Beynəlxalq panoram" və s rubrikalar altında hazırlanır.

Mükafatları

redaktə

Qəzetin redaktoru və əməkdaşlarının bir qrupu respublikanın fəxri adlarına, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yubiley medalına, fəxri fərmanlarına layiq görülmüşlər. "Ülfət" qəzetinin baş redaktoru Aqil İsax oğlu Dadaşovdur. "Ülfət" qəzeti Mətbuat Şurasının ilk təsisçilərindəndir.[1]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "«Ülfət» qəzeti Azərbaycan Həmkarlar İttifaqlarının mətbuat orqanı" (Azərbaycan). ahik.org. 2020-02-03 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə