Ögey ata (film, 2013)

Ögey Ata
Janrkomediya
RejissorŞahin Qəhrəman
ProdüserlərTahir İmanov, Cabir İmanov, Emin Məmmədov
Ssenari müəllifiFərda Xudaverdiyev
Baş rollarda

Fərda Xudaverdiyev-Kəramət
İlhan Özbay-Çətin
Xəyələ Abbasova-Sevda
Vüsalə Bəşirova-Qərənfil
Məcid Hüseynov-Qorxmaz
Teymur Məmmədov-Sərvət Müəllim

Qismət Məmmədzadə - Rafiq müəllim
OperatorŞahmar Səfəroğlu
İstehsalçıPlanet Parni iz Baku
İlk baxış tarixi18 mart 2013
Müddət129 dəq.
ÖlkələrAzərbaycan Azərbaycan
DilAzərbaycan dili (qismən həm də türkcə)
İl2013
Texniki məlumatlarvideofilm
genişekranlı
Rəngrəngli
Çəkiliş yeriBakı

Məzmun

redaktə

Filmin qəhrəmanı Kəramətin bir çoxlarımızdan fərqi ondadır ki, həyatın enişli-yoxuşlu yollarında ozünü sanki İpək yolunda kimi hiss edir. Öz diliylə desək, "çox böyük hörmətə sahibdir".

Düzdür, borcu hörmətindən daha çoxdur, amma siz indi təsəvvür edin ki, onun nə qədər borcu var. Hər zaman "halallıqla" dolanmaq istəsə belə, sonda “haqsızlıqla” qarşılaşır. Əgər Kəramət Kəramətdirsə bu belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir və ...

Film haqqında

redaktə

Martın 14-də “Park Cinema”-da “Ögey ata” filmi jurnalistlərə təqdim olunub. “Planet Parni iz Baku” studiyasının çəkdiyi bu ekran əsərinin ssenarisi və baş rolu aktyor Fərda Xudaverdiyevə məxsusdur.

Prodüser Tahir İmanov bildirdi ki, kollektiv bir hissə ilə kifayətlənməyərək silsilə halında bir neçə bu tipli film çəkəcək.

Filmin çəkilişləri üçün tələb olunan vəsaitin bir qismini kredit götürərək ödədiyini söyləyən Tahir İmanov sərf olunan məbləğin artıqlaması ilə geri dönəcəyinə əmin olduğunu vurğulayıb.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə