Sergey Paracanov

Sergey Paracanov (erm. Սարգիս Հովսեփի Փարաջանյան; 9 yanvar 1924[1][2][…], Tiflis[4]20 iyul 1990[1][2] və ya 21 iyul 1990[3], İrəvan) — sovet kinorejissoru və ssenari müəllifi. Ukrayna (1990) və Ermənistan SSR xalq artisti (1990).[5] Mar del Plata Film Festival, Istanbul Beynəlxalq Film Festivalə, Nika Awards, Rotterdam Beynəlxalq Film Festivalı, Sitges — Katalan Beynəlxalq Film Festivalı, Sao Paulo Beynəlxalq Film Festivalı kimi festivallarda dəfələrlə mükafatlar qazanıb.

Sergey Paracanov
erm. Սարգիս Հովսեփի Փարաջանյան
rus. Сергей Иосифович Параджанов
Doğum adıՍերգեյ Փարաջանով
Սարգիս Հովսեփի Փարաջանյան
Digər adıSarkis Hovsepi Paracaniants
Doğum tarixi9 yanvar 1924(1924-01-09)[1][2][…]
Doğum yeri
Vəfat tarixi20 iyul 1990(1990-07-20)[1][2] (66 yaşında) və ya 21 iyul 1990(1990-07-21)[3] (66 yaşında)
Vəfat yeri
Vəfat səbəbiağciyər xərçəngi
Dəfn yeri
  • Komitas adına panteon[d]
Vətəndaşlığı
Fəaliyyətikinorejissor, ssenarist, rəssam, montajçı[d], film ssenaristi[d], vizual incəsənət rəssamı
Fəaliyyət illəri1951–1990
Təhsili
MükafatlarıErmənistan SSR xalq artisti Ukrayna SSR xalq artisti Taras Şevçenko adına Ukrayna Milli Mükafatı
IMDbID0660886
parajanov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

9 yanvar 1924-cü ildə Tbilisidə İosif Paracanov və Siranuş Becanovanın ailəsində doğulub. Orta təhsili 1932–1942-ci illərdə 42 saylı Tbilisi orta məktəbində alıb.[6] 1945-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə daxil olaraq rejissorluq üzrə təhsil almağa başlayıb. 1950-ci ildə ilk həyat yoldaşı Nigar Kərimova ilə evlənib. Onun sonrakı il qohumları tərəfindən öldürülməsindən sonra 1956-cı ildə Svetlana Şebartiuk ilə evlənib.[6]

Həbsi redaktə

1973-cü ildə Sergey Paracanov homoseksuallığını (və ya biseksuallığını[7]) gizlətmədiyinə görə İrəvandan Kiyevə gələrkən həbs edilmişdi.[8][9] Sənətkarın beş illik həbs cəzasına məhkum edilməsinə dünyanın ən nüfuzlu sənət xadimləri etiraz etmişlər. Fransua Trüffo, Jan-Lük Qodar, Federiko Fellini, Lukino Viskonti, Roberto Rossellini, Mikelancelo Antonioni, Andrey Tarkovski və Lui Araqon Brejnevə məktubla müraciət edərək Paracanovun azad edilməsini xahiş etmişdilər və yalnız bundan sonra 30 dekabr 1977-ci ildə Paracanov azadlığa buraxılmışdır.[10]

Filmoqrafiya redaktə

İlAzərbaycanca adıOrijinal adı
1951Moldova nağılıМолдавская сказка
1954AndrieşАндриеш
1958DumkaДумка
1958İlk adamПервый парень
1959Nataliya UjviyНаталия Ужвий
1960Qızıl əllərЗолотые руки
1961Ukrayna RapsodiyasıУкраинская рапсодия
1962Daşda gülЦветок на камне
1965Unudulmuş əcdadların kölgəsiТіні забутих предків
1965Kiyev FreskolarıКиевские фрески
1967Hakob HovnatanyanՀակոբ Հովնաթանյան
1968Komitasın uşaqlarıԵրեխաներ Կոմիտասին
1969Narın rəngləriՆռան գույնը
1985Suram qalası əfsanəsiამბავი სურამის ციხისა
1985Pirosmani mövzusunda arabeskАрабески на тему Пиросмани
1988Aşıq Qəribაშიკი ქერიბი
1989–1990EtirafԽոստովանանք

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Sergey Yosifovich Paradzhanov // Encyclopædia Britannica (ing.).
  3. 1 2 IMDb (ing.). 1990.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #119251302 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. "Sergei Parajanov, Biography at IMDB". 2008-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-30.
  6. 1 2 "Sergey Parajanov – Chronology". 2017-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-18.
  7. "Осужден за изнасилование члена КПСС (rusca), Moskovskiy Komsomolets, 2004". 2009-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-18.
  8. Александр Корчинский. Вся правда о судимостях Сергея Параджанова. Часть I Arxivləşdirilib 2012-03-04 at the Wayback Machine // Газета "Сегодня", 29 января 2008.
  9. Александр Корчинский. Вся правда о судимостях Сергея Параджанова. Часть II Arxivləşdirilib 2012-05-24 at the Wayback Machine // Газета "Сегодня", 30 января 2008.
  10. Мария Малевская: "Параджанов раскрашивал листья краской. Природы ему было мало". Беседа с Валентиной Шедания Arxivləşdirilib 2016-10-30 at the Wayback Machine // РИА Новости — Украина

Xarici keçidlər redaktə