Qriqori təqvimi

Qriqori təqvimi[1] — dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimi. Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunmuşdur. Daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilmişdir.

  1. Yanvar — 31 gün
  2. Fevral — 28 və yaxud 29[2]
  3. Mart — 31 gün
  4. Aprel — 30 gün
  5. May — 31 gün
  6. İyun — 30 gün
  7. İyul — 31 gün
  8. Avqust — 31 gün
  9. Sentyabr — 30 gün
  10. Oktyabr — 31 gün
  11. Noyabr — 30 gün
  12. Dekabr — 31 gün
Təqvim
Təqvim haqqında
Təqvim
tipi

Günəş, Ay, Ay-Günəş

Təqvim dövrüUzun illərin
daxil edilməsi

Digər təqvimlər
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon

Tarixi redaktə

Yuli təqvimi hər 400 ildə təbiət təqvimini təxminən 3 gün üstələyirdi. Məsələn, əgər eranın başlanğıcında — İusus Xristosun doğulduğu illərdə, gecə-gündüz bərabərliyi (başqa sözlə, Novruz bayramı) martın 23-nə düşürdüsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi (23-((1600:400)Х3)). Ona görə də Papa Qriqori təqvimdə islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci il tarixdə İspaniya, İtaliya, Portuqaliya, Reç Pospolitiya (Büyük Litva knyazlığıPolşa tərkibində federativ dövlət) ərazisində oktyabrın 5-inin 15 oktyabr olduğu elan edildi. Lakin provoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını qəbul etmədilər. Rusiya 1918-ci ilə qədər Qriqori təqviminə keçmədi. Vladimir Leninin dekreti ilə 31 yanvar 1918-ci il tarixdə Rusiyada fevralın 1-i, fevralın 13-ü elan edildi.

Yulian təqvimindən Qriqori təqviminə çevirmə redaktə

Hal-hazırda və bütün XX əsrdə Qriqori təqviminin Yuli təqvimidən fərqi — 13 gündürsə, XIX əsrdə — 12 gün, XVIII əsrdə — 11 gün, XVII və XVI əsrlərdə isə — 10 gün olub. Böyük Oktyabr Sosialist İnqilabı Yuli təqvimi ilə 25 oktyabr təsadüf edib, bu tarixi Qriqori təqviminə çevirmək üçün 25 oktyabrın üstünə 13 gəlmək lazımdır (7 noyabr). Əgər həmin hadisə XX əsrdə yox, XIX əsrdə baş versə idi 12 gün, XVIII əsrdə baş vesə idi 11 gün əlavə etməli idik). Yuli təqvimində 4 ildən bir fevral ayı 29 gün olur. Qriqori təqvimində də belədir, amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə həmin illərdə fevral ayı 29 gün olmur, yəni Yuli təqvimində 1700, 1800, 1900, 2100-cü illərdə fevral ayı 29 gün olduğu halda, Qriqori təqvimində həmin illərin fevral ayı 28 gündən ibarətdir.

Qriqori təqviminin dünyada tətbiqi redaktə

Bu tarixdən sonraBu tarix gəlirDövlətlər və ərazilər
4 oktyabr 158215 oktyabr 1582İspaniya, İtaliya, Portuqaliya, Reç Pospolita (Böyük Litva knyazlığıPolşa tərkibində federativ dövlət)
9 dekabr 158220 dekabr 1582Fransa, Lotaringiya
21 dekabr 15821 yanvar 1583Hollandiya, Brabant, Flandriya (tarixi vilayət)
10 fevral 158321 fevral 1583L'ej yepiskopluğu
13 fevral 158324 fevral 1583Ayqsburq
4 oktyabr 158315 oktyabr 1583Trir
5 dekabr 158316 dekabr 1583Bavariya, Zalsburq, Reqesburq
1583Avstriya (hissə), Tirol
6 yanvar 158417 yanvar 1584Avstriya
11 yanvar 158422 yanvar 1584İsveçrə Lüsern (kanton), Uri, Şvits (kanton), Suq (kanton), Frayburq, Zoloturn)
12 yanvar 158423 yanvar 1584Sileziya
1584Vestfaliya, Amerikadakı ispan koloniyası
21 oktyabr 15871 noyabr 1587Macarıstan
14 dekabr 159025 dekabr 1590Transilvaniya
22 avqust 16102 sentyabr 1610Prussiya
28 fevral 165511 mart 1655İsveçrə (kanton Vale)
18 fevral 17001 mart 1700Danimarka (Norveç daxil olmaqla), protestant alman dövləti
16 noyabr 170028 noyabr 1700İslandiya
31 dekabr 170012 yanvar 1701İsveçrə (Zürih, Bern, Bazel, Cenevrə)
2 sentyabr 175214 sentyabr 1752Böyük Britaniya və koloniyalar
17 fevral 17531 mart 1753İsveç (Finlandiya daxlil olmaqla)
5 oktyabr 186718 oktyabr 1867Alyaska
1 yanvar 1873Yaponiya
20 noyabr 1911Çin
Dekabr 1912Albaniya
31 mart 191614 aprel 1916Bolqarıstan
15 fevral 19171 mart 1917Türkiyə
31 yanvar 191814 fevral 1918Sovet Rusiyası, Estoniya
1 fevral 191815 fevral 1918Latviya, Litva (əslində, 1915-ci il alman işğalı zamanından)
17 aprel 19181 may 1918Zaqafqaziya Demokratik Federativ Respublikası (İndiki Gürcüstan, AzərbaycanErmənistan respublikalrının ərazisi)
17 sentyabr 19281 oktyabr 1928Misir

Qriqori təqvimi və Azərbaycan redaktə

14 fevral 1918-ci il tarixində Sovet Rusiyası Qriqori təqviminə keçmişdir. 1 may 1918-ci il tarixində isə Zaqafqaziya Demokratik Federativ Respublikasında Qriqori təqviminə keçilir və elan olunur ki, artıq heç də aprelin 18-i yox, əslində, mayın 1-dir[3].

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "President.az saytı. Bayramlar". 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-17.
  2. Nömrəsi iki sıfırla qurtaran illər istisna olmaqla, 4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur. Göstərilən tarixdən sonrakı nömrəsi iki sıfırla qurtaran illərdə isə, ilnin nömrəsi 400-ə qalıqsız bölündükdə həmin ildə fefral ayı 29 gündən ibarət olur.
  3. Qriqori təqviminin Cənubi Qafqazda nə vaxtdan rəsmən tətbiq edilməsi dəqiqləşdirildi [ölü keçid]

Xarici keçidlər redaktə