Almaniya imperiyası

1871–1918-ci illərdə Mərkəzi Avropada imperiya

Almaniya İmperiyası (alm. Deutsches Reich), bəzən Kayzer Almaniyası və ya İkinci Reyx18711918-ci illərdə mövcud olmuş vahid alman dövləti. Lakin Almaniya 1943-cü ilədək rəsmi şəkildə bu adı daşımışdır. 19431945-ci illərdə isə "Böyük Alman İmperiyası" (alm. Großdeutsches Reich) adlanmışdır.

İmperiya
Almaniya imperiyası
Deutsches Reich
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]
«Gott mit uns»
Himn: Heil dir im Siegerkranz
1914-cü ilə olan Alman İmperiyası sərhədləri
1914-cü ilə olan Alman İmperiyası sərhədləri
 
 
 
 
 
 
 
 
 
 

PaytaxtBerlin
Dillərialman dili
Rəsmi dillərialman
Dövlət diniProtestant, Katolik
ValyutaQızıl marka
Ərazisi540,857.54 km²
Əhalisi64,925,993
İdarəetmə formasıMonarxiya
SülaləHohensollern sülaləsi
Kayzer (İmperator)
 • 1871 — 1888I Vilhelm
 • 1888III Fridrix
 • 1888 — 1918II Vilhelm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Versalda Almaniya İmperiyasının yaradılmasının elan edilməsi

Yaranması redaktə

Reformasiya dövründən FransaRusiya imperiyasının Avropa işlərində iştirak etməyə başladığı vaxtdan bəri almanlar arasındakı parçalanmadan istifadə etmək, onları bir-birilə rəqabətdə və kənar dövlətlərdən asılılıqda saxlamaq bu imperiyaların siyasəti idi. I Fransisk, Rişelye, XIV LüdovikNapoleon, II Yekaterina, I AleksandrI Nikolay bütünlüklə bu düşüncə ilə hərəkət edirdilər. Alman dünyasının səpələnməsi əslində müasir tarixin inkişafına neqativ təsir göstərirdi, çünki həmin dünyasız Avropanın iqtisadi və mədəni liderliyi ancaq Atlantik okeanının sahilində cəmlənirdi və ya Rusiyada böyük hərbi imperiya qalxıb Baltik dənizi sahilinə və Polşanın içərilərinə yayılardı. Tədricən almanlar öz mövqeləri ilə razılaşmadılar. Onlar millətçilərə çevrildilər. Bir çox alman mütəfəkkirləri bu fikri müdafiə edirdi ki, Almaniya qərbdən fərqlidir, elə bir günə gəlib çatacaqdır ki, həyatın xüsusi alman yolu və onun öz siyasi sistemi fəaliyyətə başlayacaqdır. Slavyanlara görə almanlar özlərini ölçüyə sığmaz dərəcədə yüksək irq hesab edirdilər. Hegelin əsərlərində daha aydın öz ifadəsini tapmış alman fəlsəfəsi müəyyən xarakterik yol götürdü. Bu fəlsəfə fərdiyyətçiliyin Qərbə məxsus olduğunu elan edirdi, yüngüllüklə fərdi azadlığın üzərindən sıçrayırdı, qrup loyallığını, kollektivçilik və dövlət prinsiplərini şərəflindərməyə meyl edirdi.

1848-ci il inqilabları seriyası Almaniyanın bir neçə hökümətini devirdi. Frankfurt assembleyasında konstitusional metodla birləşdmiş Almaniya təşkil etmək üçün özəl vətəndaşlar qrupu təşkil etdilər. Onların cəhdi boşa çıxdı, çünki heç bir hakimiyyətə malik deyildilər. 1848-ci ildən sonra almanlar qüvvə şərtləri haqqında düşünməyə başladılar. Frankfurt adamları da həmçinin uğursuzluğa düçar oldular, çünki onlar kifayət dərəcədə inqilabi deyildilər. Almanlar ayıq, qayda-qanun sevən və hörmətcil xalq idi. Onlar hələ də öz bəzi dövlətlərinə emosional qaydada bağlı idilər. İtaliyada baş verən, Sardiniyadan başqa bütün köhnə hökümətlərin inqilabi yolla məhv edilməsi hadisəsi Almaniyada baş verə bilməzdi.

Tarixi redaktə

1870-1871-ci illərdə Prussiyanın rəhbərliyi altındakı Şimali Alman İttifaqı ilə Fransa arasındakı müharibədən qalib çıxan almanlar vahid alman dövlətinin yaradılması yolundakı əsas maneə olan Fransanı kənarlaşdırmaqla ilk addımı atdılar. 18 yanvar 1871-ci ildə Versalda Prussiya kralı I Vilhelm və Baş nazir Otto fon Bismark vahid alman dövlətinin - Almaniya İmperiyasının yaradıldığını elan etdilər. Tezliklə Şimali Alman İttifaqına daxil olmayan cənubi alman dövlətləri də İmperiyanın tərkibinə qatıldılar. 1871-ci ilin aprel ayında Ümumalman Konstitusiyası qəbul edildi.

Almaniyanın Fransadan aldığı 5 milyard frank məbləğindəki təzminat (kontribusiya) yeni dövlətin iqtisadi inkişafına böyük dəstək oldu.

1888-ci il martın 9-da kayzer I Vilhelm 91 yaşında vəfat etdi. Onun yerini oğlu III Fridrix tutdu. Lakin boğaz xərçəngindən əziyyət çəkən yeni imperator da cəmi 99 gün sonra iyunun 15-də vəfat etdi. Öz liberal görüşləri ilə seçilən III Fridrix sərtlik tərəfdarı olan Bismarkla mübahisələrdən çəkinmirdi. O, Avropadaxili münasibətlərdə qarşıdurmanın əleyhinə çıxış edirdi. III Fridrixdən sonra hakimiyyətə onun böyük oğlu II Vilhelm gəldi. 29 yaşlı kayzer öz nənəsi Böyük Britaniya kraliçası Viktoriyanın sevimli nəvəsi idi və hətta Britaniya Kral donanmasının admiralı rütbəsini daşıyırdı. 1888-ci il Almaniya İmperiyasına rəhbərlik etmiş cəmi üç alman imperatorunun üçünün də eyni vaxtda hakimiyyətdə olduğu il kimi - Üç imperator ili (alm. Dreikaiserjahr) adı ilə tarixə düşüb.

II Vilhelmin hakimiyyət illəri İmperiyanın çiçəklənmə dövrü hesab edilir. Bu dövrdə Almaniya həm yüksək iqtisadi inkişafa nail olmuş, həm də öz hərbi gücünü artıraraq Afrika, Asiya və Okeaniyada bir çox koloniyalar ələ keçirmişdi.

İnzibati-ərazi bölgüsü redaktə

DövlətPaytaxt
Krallıqlar (Königreiche)
Prussiya (Preußen)Berlin
Bavariya (Bayern)Münhen
Saksoniya (Sachsen)Drezden
VürtemberqŞtutqart
Böyük hersoqluqlar (Großherzogtümer)
BadenKarlsruhe
HessenDarmştat
Meklenburq-ŞverinŞverin
Meklenburq-StrelitzNeustrelitz
OldenburqOldenburq
Saksoniya-Veymar-Ayzenax (Sachsen-Weimar-Eisenach)Veymar
Hersoqluqlar (Herzogtümer)
AnhaltDessau
BraunschweigBraunşveyq
Saksoniya-Altenburq (Sachsen-Altenburg)Altenburq
Saksoniya-Koburq və Qota (Sachsen-Coburg und Gotha)Koburq
Saksoniya-Meiningen (Sachsen-Meiningen)Meiningen
Knyazlıqlar (Fürstentümer)
LippeDetmold
Reuss Knyazlığı Kiçik qoluGera
Reuss Knyazlığı Böyük qoluGreiz
Şaumburq-LippeBükeburq
Şvarzburq-RudolştadtRudolştadt
Şvarzbuq-SondershauzenSondershauzen
ValdekArolsen
Müstəqil Hanza şəhərləri (Freie Hansestädte)
Bremen
Hamburq
Lübek
İmperatorluq torpağı (Reichsland)
Elzas-Lotaringiya (Elsaß-Lothringen)Strasburq

Tərkibi redaktə

İmperiya 25 federal əyalətdən ( Bundesglieder ) - o cümlədən respublika konstitusiyasına malik üçü Hanzanın Hamburq , Bremen və Lübek şəhərləri , eləcə də Elzas-Lotaringiyadan ibarət idi .

1871–1918-ci illərdə Alman İmperiyasının tərkibi
Federal dövlətDövlət formasıPaytaxtSahəsi km² (1910)Əhali (1910)
PrussiyaKrallıqBerlin348,78040,165,219
BavariyaKrallıqMünhen75,8706,887,291
WürttembergKrallıqŞtutqart19,5072.437.574
SaksoniyaKrallıqDrezden14,9934.806.661
QayıqBöyük HersoqluqKarlsrue15,0702,142,833
Meklenburq-ŞverinBöyük HersoqluqSchwerin13,127639,958
HesseBöyük HersoqluqDarmstadt7,6881.282.051
OldenburqBöyük HersoqluqOldenburq6,429483,042
Saksoniya (-Weimar-Eisenach)Böyük HersoqluqVeymar3,610417,149
Meklenburq-StrelitzBöyük HersoqluqNeustrelitz2,929106,442
BrunsvikHersoqluqBrunsvik3,672494,339
Saksoniya fikirləriHersoqluqRəylər2,468278,762
DayanHersoqluqDessau2299331,128
Saksoniya-Koburq-QotaHersoqluqKoburq / Qota1,977257,177
Saksoniya-AltenburqHersoqluqAltenburq1,324-cü ən çox yayılmışdır216,128
LippeKnyazlıqDetmold1,215150,937
WaldeckKnyazlıqArolsen1,12161,707
Schwarzburg-RudolstadtKnyazlıqRudolstadt941100,702
Schwarzburg-SondershausenKnyazlıqSondershausen86289,917-ci ən çox yayılmışdır
Reuß gənc xəttKnyazlıqGera827152,752
Şaumburq-LippeKnyazlıqBükeburq34046,652
Reuß köhnə xəttKnyazlıqGreiz31672,769
HamburqFristadHamburq4141.014.664
LübekFristadLübek298116,599
BremenFristadBremen256299,526
Elzas-LotaringiyaMilli əraziStrasburq14,5221.874.014
Alman seriyasıİmperiyaBerlin540,85864,925,993

Dil tərkibi redaktə

Alman İmperiyası sakinlərinin ana dili(12 yanvar 1900)
ana dilinömrənisbəti
1 dekabr 1900-cü ildə sakinlər56.367.187100
alman51.883.13192.05
Alman dili və xarici dil252,9180,45
çex43.0160.08
danimarka141.0610,25
digər xarici dillər14,5350.03
Fransız dili211,6790,38
friz dili20,6770.04
holland80,3610.14
İngilis dili20.2170.04
ispan dili2,0590.00
isveçli8,9980.02
italyan65,9300.12
kaşubyan100,2130.18
litva106,3050.19
macar8.1580.01
masurian142,0490,25
moraviyalı64,3820.11
polyak3.086.4895.48
portuqal4790.00
rus9,6170.02

Koloniyaları redaktə

  • Afrikada:

Toqo, Kamerun, Almaniya Şərqi Afrikası, Tanzaniya, Burundi, Ruanda, Almaniya Cənub-qərbi Afrikası.

  • Asiyada:

Şandun yarımadasında yerləşən Sindao (Kaytçou) liman şəhəri.

  • Okeaniyada:

Yeni Qvineya, Mikroneziya (Nauru, Palau, Marşall, KarolinMarian adaları), Qərbi Samoa.

I Dünya müharibəsi redaktə

  1. Huber E. R. Deutsche Verfassungsgeschichte seit 1789 (alm.). 1957.