Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyun 2024

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 11 iyun 2024, Çərşənbə axşamı (İlin 24-cü həftəsi); saat 05:20 (UTC)


Keşi təmizlə

23. Həftə
Karl MarksAlmaniya filosofu, siyasi iqtisadiyyat tənqidçisi, iqtisadçısı, tarixçisi, sosioloqu, siyasi nəzəriyyəçisi, jurnalisti və sosialist inqilabçısı. Almaniya ittifaqının Trir şəhərində anadan olan Marks, Bonn və Berlin universitetlərində hüquqfəlsəfə üzrə təhsil alıb. 1843-cü ildə alman teatr tənqidçisi və siyasi fəal Cenni fon Vestfalen ilə evlənib. Siyasi nəşrlərinə görə vətəndaşlıqdan məhrum edilən Marks həyat yoldaşı və uşaqları ilə onilliklər boyu Londonda sürgündə yaşamış, burada alman mütəfəkkiri Fridrix Engelslə əməkdaşlıq edərək öz düşüncəsini inkişaf etdirməyə və Britaniya muzeyinin oxu zalında araşdırma apararaq yazılarını dərc etməyə davam etmişdir. Onun ən məşhur əsərləri 1848-ci il tarixli "Kommunist Manifesti" pamfleti və üç cildlik "Das Kapital" (1867–1883) kitabıdır. Marksın siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir. Belə ki, onun adı sifət, isim və sosial nəzəriyyə məktəbi kimi istifadə edilməkdədir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


24. Həftə
Mariya Stadnik — 2007-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən qadın güləşçi. Azərbaycan idman tarixinin ən titullu idmançılarından biri. Dörd dəfə Olimpiya Oyunlarının medalına sahib olan üç qadın güləşçidən biri. Karyerası ərzində Mariya Stadnik dörd dəfə Olimpiya Oyunlarında mübarizə aparıb. 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medallara sahib olan Mariya Stadnik 2012-ci ildə Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarının və 2016-cı ildə Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib oldu.

Mariya Stadnik Azərbaycanın Olimpiya Oyunları tarixində dörd dəfə medala sahib olan birinci və yeganə idmançısıdır. Mariya Stadnik həm də Yaponiya güləşçiləri Kaori İçoSaori Yoşidadan sonra dörd dəfə Olimpiya Oyunlarında medal qazanmağı bacaran üçüncü qadın güləşçidir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


25. Həftə
Birləşmiş Millətlər Təşkilatının Baş QərargahıNyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17-18 akr (6.9-7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir.

Baş Qərargahda Baş MəclisTəhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


26. Həftə
SaturnGünəş sistemində Yupiterdən sonra ən böyük ikinci, Günəşdən məsafəsinə görə altıncı planet. Saturn radiusu Yerin radiusundan təqribən doqquz dəfə böyük olan qaz nəhəngidir. Saturnun sıxlığı Yerin sıxlığının səkkizdə biri qədər olsa da, həcmi Yerin həcmindən 95 dəfə çoxdur. Planetin adı Roma mifologiyasında tanrı olan Saturndan gəlir və astronomik simvolu (♄) Saturnun orağını təmsil edir.

Ehtimal olunur ki, Saturnun daxili nüvəsi dəmir-nikel və qayadan (silisiumoksigen birləşmələri) təşkil olmuşdur. Bu nüvənin də metallik hidrogenlə əhatələndiyi, orta təbəqələrdə maye hidrogenlə maye heliumun yerləşdiyi və Frenkel xəttindən xaricdə qalan hissənin də qaz təbəqəsindən ibarət olduğu düşünülür. Saturnun yuxarı atmosferi ammonyak kristallarından təşkil olunduğundan rəngi açıq sarı görünür. Metallik hidrogen təbəqəsindəki elektrik axınının planetin maqnit sahəsinin yaranmasına səbəb olduğu düşünülür. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə